Yaşıllaşdırma xidməti

Komandamızın təqdim etdiyi xidmətlər sırasında xüsusi yer tutan xidmətlərdən biri də "Yaşıllaşdırma işləri" xidmətidir.


Komandamızın təqdim etdiyi xidmətlər sırasında xüsusi yer tutan xidmətlərdən biri də "Yaşıllaşdırma işləri" xidmətidir.  Biz sizə istəyinizə uyğun olaraq bütün ərazinin və ya onun müəyyən hissəsinin yaşıllaşdırılmasını təklif edirik.

 Yaşıllaşdırma işlərinin mərhələləri. Yaşıllaşdırma işlərinin həyata keçirilməsi üçün nəzərdə tutulan mərhələlərə daxildir:

1. Yaşıllaşdırma işlərinə başlamazdan əvvəl  ərazinin eskizinin çəkilməsi.  Bu zaman  eskizdə ölçmələr qeyd olunmalıdır. Həmin ölçülərə bağın eni və hündürlüyü, sərhədlərin binaya, digər tikililərə və ağaclara olan məsafəsi daxildir;

2. Eskizdə günəş işığı və kölgəli sahələr, əraziyə giriş,gizlətmək istədiyimiz pis görüntülərin, görmək istədiyimiz istiqamətlərin və s. göstərilməsi;

3. Yaşıllaşdırma işləri zamanı sizi narahat edən səs-küylü mərkəzlərin müəyyən edilməsi. Bu ərazinin müəyyən edilməsi ilə siz  həmin istiqamətdə bağçanın sərhədində bitki pərdəsi yarada bilərsiniz;

4. Bitkilərin əraziyə uyğun olaraq düzgün seçilməsi. Evin bağ hissəsinə doğru böyük bitkilər, evə yaxınlaşdıqca isə kiçik bitkilərin seçilməsi doğru hesab olunur . Bu zaman uzaqdakı bitkilər yaxınlıqdakı bəzək bitkiləri üçün də fon yaratmış olacaq;

5.  Bağçanızın, gəzinti yollarının və ya bəzək hövzəsinin ən uyğun yerində kölgə elementlərinin yaradılması;

6. Yaşıllıqların fonunda uşaqlar üçün oyun meydançası yerini təyin edilməsi;

7. Yaşıllaşdırma işlərinin əsas planının tərtibindən sonra bitki seçiminə başlanması.

Yaşıllaşdırma xidmətləri.  Yaşıllaşdırma işləri xidmətlərinə aşağıdakılar daxildir:

1. Şəhər ərazilərinin yaşıllaşdırılması;

2. Şəxsi bağların yaşıllaşdırılması;

3. Şaquli bağçılıq;

4. Qış bağları;

5. İnteryerdə bitkilər;

6. Bitkilərin seçilməsi və əkilməsi;

 

Yaşıllaşdırma işləri zamanı estetik qaydalar. Yaşıllaşdırma işləri həyata keçirilərkən əsas estetik qaydalara da əməl olunmalıdır.  Yaşıllaşdırma işləri zamanı  yerinə yetirilməli olan estetik qaydalara aşağıdakılar daxildir:

1. Ərazi ilə  bitki örtüyü nisbətinin tənzimlənməsi. Bu bitkilər vasitəsilə həm vizual, həm də funksional olaraq narahatlıq yaradılmasının qarşısını alır.

2. Uyğunluq. Tikili ilə bağ və bitkilərin bir-birləri ilə əlaqələri arasında uyğunluq olmalıdır. Bu harmoniya həm üslub, həm həndəsi, həm də rəng baxımından olduqca əhəmiyyətlidir.

3. Simmetriya. Yaşıllaşdırma işlərinin  tənzimlənməsində tez-tez istifadə olunan bir elementdir. Simmetriya estetik cəhətdən xoş bir hiss yaradır. (Məsələn, binanın girişinin hər iki tərəfinə simmetrik şəkildə əkilmiş bitkilər)

4. Balans (nisbətlər, quruluşlar və boşluqlar arasında bir tarazlıq yaratmaq)

5. Tərz.  Bağçanız  xüsusi və fərdi tərzə malik olmalıdır. Bitkilərin təsadüfi şəkildə birləşməsi nəticəsində yaranmış görüntü əvəzinə, bir-birinə bənzər  bir üslubda bitkilərin seçmək və bu materialları bağın və binanın memarlıq üslubuna uyğun olaraq istifadə edilməsi ilə xüsusi tərz yaradılır.

Yaşıllaşdırma işləri zamanı nəzərə alınmalı olan detallar.  Yaşıllaşdırma işləri zamanı nəzərə alınmalı olan detallara aşağıdakı vacib məqamlar aiddir:

1. Yaşıllaşdırma işlərində əvvəlcə tikinti işləri başa çatdırılmalı, daha sonra  yaşıllaşdırma işlərinə başlanılmalıdır.

2. Torpaq pisdirsə, üst torpaq dəyişdirilə bilər və yaxşı qurudulursa nəticə əldə edilə bilər.

3. Əvvəlcə böyük ağaclar, sonra kollar və nəhayət torpaq örtükləri və çiçəklər əkilməli, ən son olaraq isə ot örtükləri hazırlanmalıdır.

4. Qazon əkmədən əvvəl avtomatik suvarma sistemi quraşdırılması nəzərə alınmalıdır.

5. Yaşıllaşdırma işləri zamanı bitkilərin iqlim və torpaq tələbləri, kölgəyə dözümlülüyü kimi xüsusiyyətlərinə diqqət edilməlidir.

Seçdiyiniz əraziyə fərdi, bitkilərlə bitkin bir görünüş verilməsinin təmin edilməsini istəyirsinizsə, Komandamızın "Yaşıllaşdırma işləri" xidmətinə müraciət edin.