Smetanın tərtibi

Komandamızın sifarişçilərinə təmir-tikinti xidmətləri zamanı layihə(təsdiqlə), dizayn, smeta, geologiya, topoqrafiya və.s kimi işlərin də yüksək səviyyədə həyata keçirilməsi xidmətlərini təklif edir.


Komandamız sifarişçilərinə təmir-tikinti xidmətləri zamanı layihə(təsdiqlə), dizayn, smeta, geologiya, topoqrafiya və.s kimi işlərin də yüksək səviyyədə həyata keçirilməsi xidmətlərini təklif edir. Layihə(təsdiqlə), dizayn, smeta, geologiya, topoqrafiya işləri zamanı da şirkətimiz müştəri məmnuniyyətini nəzərə almaqla bu növ xidmətləri həyata keçirir.

Smetanın tərtibi

İnşaat smetası - seçdiyiniz layihə üzrə evin tikintisinin dəyərini müəyyənləşdirmək üçün lazımi sənəddir. Buraya həm materialların, həm də görülən işlərin xərcləri ilə bağlı maddələr daxil olunur. Mövsüm, bölgə, tikinti materialları təchizatçısından uzaqlıq və s. tikintinin qiymətinə təsir edə biləcək  amilləri öncədən nəzərə almaq üçün smetanın tərtibi olduqca vacibdir. Tikinti smetası tərtib edilərkən xərclərin əsas iki kateqoriyası nəzərdən keçirilir:

1. Tikinti materialları ilə bağlı xərclər;

2. İşin görülməsi ilə bağlı xərclər.

Müştəri üçün smeta tərtibinin üstünlükləri:

1. İşin icrasının bütün mərhələlərini diqqətlə nəzərdən keçirmə imkanı;

2. Lazım gəldikdə materialda işin görülməsinə başlamazdan əvvəl düzəlişlər etmək imkanı;

3. Təşkilatlar arasında işlərin görülməsi üçün tender keçirmək;

4. Gələcəkdə isə işin icra keyfiyyətinə nəzarət etmək imkanı;

5. Maddi qonorarın miqdarına nəzarət etmək imkanı.

Geologiya, geodeziya və topoqrafik işlərin həyata keçirilməsi. Komandamız sizin üçün istənilən geodeziya işlərini (kəşfiyyatlarını), o cümlədən, topoqrafik işlərinin operativ və keyfiyyətli  şəkildə yerinə yetirilməsini təmin edir.

Topoqrafik və geologiya xidmətləri.

Topoqrafik və geologiya xidmətlərini bir neçə əsas istiqamətlərə bölmək olar:

1.Yeraltı və yerüstü tikililərin topoplanı (mühəndis kommunikasiyaları)

2. Topoqrafik planların təzələnməsi

3. Çox iri miqyaslı topoplanı (landşaft layihəsi üzrə təməlaltı geo)

4. Geodezik şəbəkələrin tikilməsi və sonrakı inkişafının həyata keçirilməsi inşaat sahəsində geodeziya işləri

5. Dayaq mərz şəbəkələrinin tikilməsi

6. Tikinti-quraşdırma işlərinin geodezik müşayiəti.

Xüsusi geologiya, geodeziya işləri

Komandamızin xüsusi  geologiya,geodeziya işlərinə isə aşağıdakılar daxildir:

1. Bina və tikililərin geometrik parametrlərinin dəqiqliyinin geodeziya nəzarəti, geodeziya ekspertizası(sütunların şaquliliyinin yoxlanması);

2. Məkan geodeziya içlərinin aparılması (torpaq kütlələrinin həcminin təyin edilməsi);

3. Fasadlar və daxili otaqlar daxil olmaqla buna və tikililərin ölçülməsi işlərinin yerinə yetirilməsi.

Komandamızin sizə təqdim etdiyi "Layihə(təsdiqlə), dizayn, smeta, geologiya, topoqrafiya və.s kimi işlər" xidmətlərindən yararlanmaqla siz tikinti zamanı gözlənilməz xərclərin qarşısını alaraq büdcənizə və vaxtınıza qənaət etmiş olacaqsınız.